XƏBƏR
22:06

  Azərbaycanla Türkmənistan arasında gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Gündəm

Xəbər lenti

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Türkmənistanın Azərbaycandakı səfiri Mekan İşanqulıyevlə görüşüb.

Agyol.az xəbər verir ki, DGK-dən verilən məlumata görə, S.Mehdiyev qonağı səmimi salamlayaraq Azərbaycan və Türkmənistanı tarixən qardaşlıq münasibətlərinin birləşdirdiyini deyib, iki ölkənin siyasi-iqtisadi və mədəni sahələrdə əlaqələrindən söhbət açıb.

Bu münasibətlərin Azərbaycan və Türkmənistan rəhbərləri tərəfindən strateji tərəfdaşlıq müstəvisində uğurla davam etdirildiyini qeyd edən Komitə sədri 2018-ci ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfərinin əhəmiyyətini xüsusi vurğulayıb.

DGK sədri səfər zamanı imzalanmış sənədlərin, o cümlədən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə iki ölkənin gömrük orqanları arasında sazişin Azərbaycan-Türkmənistan münasibətlərinin genişlənməsinə xidmət etdiyini söyləyib, bununla hər iki dövlətin bütün sahələrdə, o cümlədən gömrük sferasında münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.

Gömrük sahəsində əlaqələrdən də məmnunluqla bəhs edən Komitə sədri, işgüzar və səmərəli münasibətlərin iki ölkə arasında ticarət dövriyyəsinin artmasına, logistika və nəqliyyat sahəsindəki layihələrin uğurla icrasına münbit şərait yaratdığını deyib.

S.Mehdiyev hər iki ölkənin uğurlu inkişaf yolu ilə irəlilədiklərini söyləyib, eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bu gün ölkədə aparılan islahatlardan, xususilə də gömrük işi ilə bağlı həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən M.İşanqulıyevlə iki qardaş ölkənin əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb, yaxın perspektivdə gömrük orqanları arasında da qarşılıqlı əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Səfir qeyd edib ki, bu gün tərəflər arasında keçirilən görüş qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi və davamlı inkişafına öz töhfəsini verəcək.

Sonra görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.

 




  Yayım tarixi :23 Yanvar 2019   22:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .