XƏBƏR
17:15

  Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Ukrayna və Belarus mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunda iştirakını geniş işıqlandırıb. 


Agyol.az  xəbər verir ki, Ukraynanın UKRİNFORM dövlət agentliyi “Davosda “Bir kəmər, bir yol” təşəbbüsü müzakirə edilib” sərlövhəli yazıda Prezident İlham Əliyevin çıxışına geniş yer verib. Yazıda vurğulanır ki, Azərbaycan Prezidenti layihəyə tam dəstək verdiyini bəyan edib. “Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür. Biz əlbəttə ki, Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyirik. Azərbaycan özündən şimalda və cənubda yerləşən ölkələrə bu layihəyə qoşulmaq üçün imkanlar yaradır”, - deyə dövlətimizin başçısının çıxışından sitat gətirilib.

 

Belarusun BELTA dövlət agentliyi də Prezident İlham Əliyevin Davosda “Bir kəmər, bir yol” təşəbbüsünə dair keçirilən konfransda iştirakına geniş yer ayırıb. “Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür” sərlövhəli məqalədə Prezident İlham Əliyevin konfransdakı çıxışından fikirlər əksini tapıb: “Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Bunun üçün dəmir yolu sistemlərimizin müasirləşdirilməsi, Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanının tikintisi, Avropa və Asiya arasında çatışmayan bağlantının yaradılması ilə bizi Türkiyə və Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun inşası yollarımızdan istifadə etmək istəyənlərə yaxşı şərait yaradır. Biz yaxşı tarif siyasətini yaratmaq üçün vəsait sərf edirik. Yükdaşımaların həcmi də artır. Yalnız Şimal-Cənub dəhlizi vasitəsilə keçən il ondan əvvəlki illə müqayisədə on dəfə çox yük daşınıb”.




  Yayım tarixi :23 Yanvar 2019   17:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .