XƏBƏR
16:25

  Türkiyə Prezidenti Rusiyada səfərdədir

Gündəm

Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfərə gəlib. Agyol.az xəbər verir ki, bu barədə TASS agentliyinə danışıqların təşkilatçılarına yaxın mənbə məlumat verib.

 

Moskvada Rəcəb Tayyib Ərdoğanı Rusiya Prezidenti Vladimir Putin qəbul edəcək. Agentliyə məlumat verən mənbə deyib: “Yaxın saatlarda liderlərin görüşü start götürəcək”.

 

TASS-ın məlumatına görə, Rəcəb Tayyib Ərdoğanı Türkiyənin daxili işlər naziri, müdafiə naziri, Milli Kəşfiyyat Təşkilatının başçısı və bir sıra digər idarələrin rəhbərləri müşayiət edirlər.

 

Daha əvvəl Kremldən verilən məlumata görə, danışıqlar zamanı Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan əsasən İdlib əyalətindəki və Suriyanın şimalındakı vəziyyəti müzakirə edəcəklər.




  Yayım tarixi :23 Yanvar 2019   16:25

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .