XƏBƏR
15:40

  BƏT Azərbaycanda gənclərin məşğulluğu üzrə aparılan işi yüksək qiymətləndirir

Gündəm

Xəbər lenti
18 Aprel 10:49Messi 6 il sonra...

Azərbaycan gənclərin iş yerləri təmin olunmasına böyük əhəmiyyət verir.

 

Agyol.az xəbər verir ki, bu barədə Bakıda keçirilən “Gənclərin məşğulluğu: işəgötürənlərin baxışı, çağırışlar və perspektivlər” konfransında Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş direktoru Qay Rayderin iştirakçılara ünvanlanmış müraciətində deyilir.

 

Müraciəti BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə ofisinin rəhbəri Olqa Kulayeva oxuyub. Qeyd olunur ki, Azərbaycan əhalisinin əksəriyyəti gənclərdir və gələcəkdə onlar üçün əlverişli şərait yaratmaq lazımdır:

 

“Biz əmək bazarında indiki vəziyyətdə əlverişli şərait yaratmalıyıq. Əks halda bu, dünyada iş yerlərinin kəskin azalmasına gətirib çıxaracaq. Hesab edirəm ki, bizim üçün ən vacib məsələlərdən biri əmək bazarını müasir dünyanın tələblərinə uyğunlaşdırmaq lazımdır”.




  Yayım tarixi :23 Yanvar 2019   15:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .