XƏBƏR
14:04

  Arzu Əliyeva üçün əlamətdar gün

Gündəm

Xəbər lenti

Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bu gün 30 yaşını qeyd edir.

 

Agyol.az xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.

 

O, 1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb. 2015-ci il mayın 9-da Arzu Əliyevanın "Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu "Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.

 

Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.

 

Məlumat üçün bildirək ki, prezident ailəsi 23 yanvar tarixində daha bir əlamətdar günü - İlham Əliyev və Mehriban Əliyevanın evliliyinin 36-cı ilini qeyd edir.

 

 

 




  Yayım tarixi :23 Yanvar 2019   14:04

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .