XƏBƏR
10:52

  Milli Məclisin İntizam komissiyasının tərkibi yenidən formalaşdırılır - SİYAHI

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb
18 Aprel 10:49Messi 6 il sonra...

Fevralın 1-də Azərbaycan Milli Məclisinin yaz sessiyasının ilk iclası keçiriləcək.

 

 

 

Agyol.az xəbər verir ki, iclasda Milli Məclisin İntizam komissiyasının tərkibi də yenidən formalaşdırılacaq.

 

Belə ki, Milli Məclisin Daxili Nizamnaməsinə edilmiş son dəyişikliyə görə, parlamentin İntizam komissiyasının üzvlərinin də sayı artırılıb.

 

Bununla bağlı Milli Məclisin Daxili Nizamnaməsinin 41-ci (Milli Məclisin İntizam komissiyası) maddəsinə dəyişiklik edilib.

 

Maddəyə əsasən, Milli Məclisin İntizam komissiyası Milli Məclisin deputatları sırasından 1 il müddətinə 7 üzvdən ibarət tərkibdə seçilirdi. Son dəyişikliklə üzvlərin sayı 7 nəfərdən 11-ə çatdırılıb.

 

 

Əldə etdiyimiz məlumata görə, Milli Məclisin İntizam komissiyasının əvvəlki tərkibindən heç kim  dəyişdirilməyəcək. Daha 4 yeni üzvün adına isə Milli Məclis rəhbərliyi tərəfindən yaxın günlərdə aydınlıq gətiriləcək.

 

 

İntizam komissiyasının tərkibinə yenidən deputat Ağacan Əbiyev, Məlahət İbrahimqızı, Xanlar Fətiyev, Mirkazım Kazımov, Səttar Mehbalıyev, Fazil Mustafa və Kamran Nəbizadənin daxil ediləcəyi gözlənilir.

 

 

 

Bundan əlavə, yaz sessiayasının ilk iclasında Milli Məclisinin 2019-cu il yaz sessiyasının qanunvericilik işləri planı təsdiqlənəcək, İntizam komissiyasının tərkibi yenidən formalaşdırılacaq. Eyni zamanda, bir neçə qanun layihəsi müzakirə ediləcək.

 

 

 

Ümumiyyətlə isə yaz sessiyasında hökumətin, Ombudsmanın, İnsan alverinə qarşı Milli Koordinatorun və  Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatları dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası təsdiqlənəcək.




  Yayım tarixi :23 Yanvar 2019   10:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .