XƏBƏR
23:05

  İlham Əliyev və Nikol Paşinyan Qarabağı müzakirə etdilər

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Yanvarın 22-də Davos Ümumdünya iqtisadi forumunda Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyanın qeyri-formal görüşü baş tutub.


Agyol.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin hazırkı vəziyyəti müzakirə olunub.


Ermənistanın baş naziri Nikol Paşinyan bu gün yanvarın 22-də Davosda Azərbaycan prezidenti ilə görüşəcəyini açıqlayıb. A xəbər Agyol.az xəbər verir ki, Paşinyan bu haqda “RİA Novosti”yə açıqlamasında deyib.


“Bəli, qeyri-formal görüş planlaşdırılır”, – Paşinyan jurnalistin Azərbaycan prezidenti ilə görüşüb-görüşməyəcəyinə dair sualına cavab olaraq deyib.

Bundan əvvəl Paşinyan mətbuat konfransında Azərbaycan prezidenti ilə nə zaman görüşəcəyi haqda suala belə cavab vermişdi: “Çox tezliklə”.

Öz növbəsində Azərbaycan prezidenti İlham Əliyev “RİA Novosti” agentliyinə açıqlamasında Ermənistanla rəhbərliyi ilə tamformatlı danışıqların hələ baş tutmadığını, amma “bir neçə faydalı görüş olduğunu” bildirib. Onun sözlərinə görə, MDB sammitində baş tutan bu görüşlər tərəflərin Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinin müəyyən edilməsi və danışıqların fəallaşdırılması baxımından faydalı olub.

 




  Yayım tarixi :22 Yanvar 2019   23:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .