XƏBƏR
14:39

  Çavuşoğlu: Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Dağlıq Qarabağ münaqişəsi həll olunmadan Qafqazda sabitlik mümkün deyil.

 

Agyol.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Antalyada tələbələrlə görüşündə deyib.

 

Qafqazdakı vəziyyətə toxunan nazir bildirib ki, Dağlıq Qarabağ münaqişəsi regionun sabitliyi üçün təhdiddir:

 

"Qarabağ münaqişəsi nizamlanmadan Qafqazda sabitlik mümkün deyil. Həmçinin bizim üçün Ermənistanla münasibətlərin tənzimlənməsi də mümkün deyil. Biz 2019-cu ildə də bu məsələ ilə bağlı davamlı iş görəcəyik".

 

M.Çavuşoğlu vurğulayıb ki, erməni lobbisi dünyada Türkiyə əleyhinə aktiv fəaliyyət göstərməyə davam edir.




  Yayım tarixi :22 Yanvar 2019   14:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .