İran hər zaman Azərbaycanın ərazi bütövlüyü və
suverenliyini dəstəkləyib və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin
tezliklə həll olunmasının tərəfdarıdır. İran işğal edilmiş ərazilərin tezliklə
azad edilməsini və qaçqınların öz doğma torpaqlarına qayıtmasını istəyir.
Agyol.az xəbər verir ki, bu sözləri
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Məhəmməd Baqeri
Azərbaycana səfərinin yekunları haqqında yerli mətbuata verdiyi açıqlamada
deyib.
General
bildirib ki, Xəzəryanı dövlətlərin razılaşmasına əsasən Xəzər dənizində birgə
hərbi təlimlər keçiriləcək. İran regionda sülhün və sabitliyin davamlı
olmasında, bütün qonşularının, o cümlədən Azərbaycanda hökm sürən sabitliyin
davamlı olmasında maraqlıdır.
Bakıda
keçirdiyi səmərəli görüşlər haqqında məlumat verən M.Baqeri regional
təhlükəsizlik, hərbi sahədə əməkdaşlıq, terrorçuluğa qarşı birgə mübarizə
məsələlərinin müzakirə edildiyini bildirib. General səfərinin uğurlu olduğunu
diqqətə çatdırıb və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin davam
etdiriləcəyini deyib.