XƏBƏR
17:13

  Babək prospektində hərəkət bərpa olundu (YENİLƏNİB) (FOTO)

Gündəm

Xəbər lenti

Babək prospektində asfalt-beton örtüyünün yatmış hissəsinin bərpası işləri artıq yekunlaşıb və həmin hissə üzrə hərəkət bərpa olunub.

 

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

 

Babək prospektində yaranan problem iş gününün sonuna, yəni saat 6-a qədər aradan qaldırılacaq.

 

Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, sözügedən yolda heç bir çökmə baş verməyib:

 

“Babək prospekti, təqribən 80-ci illərdə salınıb. O vaxta qədər bura neft tullantıları ərazisi olub. Prospektin o vaxtlar həmin tullantılar üzərindən salınması da bu gün yolun müəyyən hissələrində asfalt-beton örtüyünün deformasiyaya uğramasına səbəb olub. Hazırda ərazidə əməkdaşlarımız tərəfindən bərpa işləri görülür. Yaranmış problem təqribən saat 6-ya qədər yekunlaşacaq”.




  Yayım tarixi :21 Yanvar 2019   17:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .