XƏBƏR
15:52

  Sürücülərə müraciət olundu - Dumana görə

Gündəm

Xəbər lenti

Bakı Nəqliyyat Agentliyi paytaxtda müşahidə edilən dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.

Agyol.az xəbər verir ki, Agentlikdən verilən məlumata görə, məlum olduğu kimi yanvarın 21-i səhər saatlarından Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilməkdədir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə dumanlı hava şəraiti yanvarın 22-si səhər saatlarınadək davam edəcək. Bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yol və meteoroloji şəraiti nəzərə almağı, ara məsafəsini normadan artıq saxlamağı və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik.

Eyni zamanda, piyadalardan xahiş edirik ki, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmasınlar, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşsünlər, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etsinlər.




  Yayım tarixi :21 Yanvar 2019   15:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .