XƏBƏR
14:16

  Bakıda ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı keçiriləcək

Gündəm

Xəbər lenti

Yanvarın 25-dən etibarən Bakı ilk dəfə İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalına ev sahibliyi edəcək.

 

Agyol.az xəbər verir ki, festival Mədəniyyət Nazirliyi, film istehsalı şirkətləri olan “İmago Group”, “United Cultures” və “Sandro Teti Editore”nin birgə dəstəyi ilə reallaşacaq. Festival İtaliya və Azərbaycan kino sənayesinin keçmişi, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyır.

 

İtaliyanın Azərbaycandakı Səfirliyi, Nizami Kino Mərkəzi və “The Landmark” tərəfindən dəstəklənən festival hər iki ölkənin bir sıra elmi mərkəzləri ilə əməkdaşlıq çərçivəsində təşkil olunacaq. Yanvarın 30-dək davam edəcək festival çərçivəsində seçilmiş 15 müasir film nümayiş olunacaq. Təqdim olunan nominasiyaların qalibləri xüsusi hazırlanmış “Zoroaster award” ilə mükafatlandırılacaq.

 

“La Piovra” serialında canlandırdığı Tano Cariddi obrazı ilə keçmiş sovet regionunda məşhur olan aktyor və rejissor Remo Girone mükafatlandırma mərasiminə rəhbərlik edəcək, italyan ssenari müəllifi və rejissoru Claudio Rossi Massimi isə festivalın bədii rəhbəri kimi çıxış edəcək.




  Yayım tarixi :21 Yanvar 2019   14:16

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .