Afrində avtobusda partlayış olub, ölənlər və yaralananlar var
Suriyanın Afrin şəhərində avtobusda partlayış baş
verib.
Agyol.az-in məlumatına görə, partlayış nəticəsində azı 4 nəfər
həlak olub, 11 nəfər isə xəsarət alıb.
Məlumata əsasən, avtobus vağzaldan çıxarkən
avtobusun içərisində quraşdırılmış partlayıcı qurğu işə düşüb.
Bildirilir
ki, partlayış qubernatorun ofisinin yaxınlığında baş verib.
  Yayım tarixi :20 Yanvar 2019   14:39
  Xəbərin linki : http://www.agyol.az/xeber.php?id=34697