XƏBƏR
12:31

  ISESCO ilk dəfə olaraq 20 Yanvar hadisələrini pisləyən bəyanat yayıb

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) ilk dəfə olaraq 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıb.


Agyol.az xəbər verir ki, bəyanatda insanlığa qarşı törədilmiş cinayətin – 20 Yanvar hadisələrinin Azərbaycan xalqının acısına şərik çıxan ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən pislənildiyi qeyd olunur.


Həmçinin dünya ictimaiyyətinə və beynəlxalq insan haqları təşkilatlarına faciəyə hüquqi qiymətin verilməsinə, bu cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa uyğun olaraq cəzalandırılmasına çağırış edilib.


Eyni zamanda, bəyanatda baş direktor Əbdüləziz bin Osman əl-Tuveycri tərəfindən dünyanın bu vacib regionunda sülhün və təhlükəsizliyin bərqərar olması üçün beynəlxalq ictimaiyyətə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından dərhal geri çəkilməsinə məcbur edilməsinə dair müraciətin ünvanladığı da vurğulanır.

 




  Yayım tarixi :20 Yanvar 2019   12:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .