XƏBƏR
11:28

  YAP rəsmisi: Bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm mənfur niyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmağa cəhd edirlər

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Bu gün Azərbaycan sürətlə inkişaf edir, Prezidentimiz Azərbaycanın inkişaf istiqamətlərini dəqiq müəyyən edib.


Agyol.az-in məlumatına görə bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.


O qeyd edib ki, bu gün Azərbaycan xalqının qarşısında mühüm vəzifələr durur və ən mühüm məsələ Ermənistan tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaqdır, ikinci məsələ xalqın rifahını daha da yüksəltmək, Azərbaycanın inkişaf etmiş ölkələr sırasında yerini daha da möhkəmləndirmək, daha güclü Azərbaycan quruculuğuna nail olmaqdır:


“Prezidentimiz bu hədəflər üçün siyasi istiqamətlər müəyyən edib, bütün dövlətlər bu istiqamətdə fəaliyyət göstərir və inkişaf edir. Belə olan şəraitdə ölkədə bəzi qruplar həm xaricdən olan təbliğatın və digər təsirlərin nəticəsində, həm də özlərinin mənfur niyətlərini həyata keçirmək naminə qarşıdurma yaratmaq və sairə cəhdlər edirlər. Bu cəhdlər zamanı da mitinqlərdən istifadə edirlər”.


M.Qurbanlı bildirib ki, Azərbaycan demokratik dövlətdir, bu gün mitinqlərlə nəyisə xalqa çatdırmaq, nəyəsə nail olmaq zaman arxada qalıb: “Kiminsə, hansısa siyasi qrupun sözü varsa, bunu cəmiyyətə çatdırmaqda heç bir problem yoxdur. Məsələn, "Məhsul" stadionunda keçirilən mitinq bir daha göstərdi ki, Azərbaycan xalqı bu cür aksiyalara dəstək vermir. Burada toplaşan eyni adamlardır, eyni fikirlər səsləndirirlər, eyni sözlər deyirlər və onların söylədikləri bayat fikirlərə xalq heç reaksiya da vermir, verməyəcək də, çünki onların dediklərində hər hansı bir yenilik yoxdur”.

 




  Yayım tarixi :20 Yanvar 2019   11:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .