XƏBƏR
15:11

  Prezident İlham Əliyev: Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Zimbabve Prezidentinin Azərbaycana səfəri tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva ilə görüşündə deyib.

Dövlətimizin başçısı qeyd edib: “Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Əminəm ki, səfəriniz çox məhsuldar keçəcək və tərəfdaşlığımızın gücləndirilməsi üçün imkanlar yaradacaq. Bu, Zimbabve Prezidentinin Azərbaycana ilk səfəridir, odur ki, bu, tarixi səfərdir. Əminəm ki, məhsuldar müzakirələr zamanı biz əməkdaşlığımızın çox mühüm sahələrini müəyyən edəcəyik. Biz ticarət münasibətlərimizin genişləndirilməsi üçün imkanları, həmçinin siyası sahədə qarşılıqlı fəaliyyətimizə aid məsələləri nəzərdən keçirəcəyik.

Bilirəm ki, gəlişiniz çərçivəsində Siz bir neçə ölkəyə səfər edirsiniz. Çox şadam ki, Azərbaycan da Sizin səfər etdiyiniz ölkələrdən biridir. Bu, Sizin ölkəmizə və münasibətlərimizə verdiyiniz önəmin göstəricisidir. Biz də öz növbəmizdə, ölkələrimiz arasında münasibətləri inkişaf etdirmək istəyirik. Əlbəttə ki, Sizin səfəriniz də bu münasibətlərin inkişafı üçün məsələlərin müzakirəsi baxımından çox əla imkandır. Bir daha Azərbaycana xoş gəlmisiniz”.


 Zimbabve Prezidenti: Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.



Azərbaycanda şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.

Agyol.az xəbər verir ki, bunu ölkəmizə işgüzar səfərə gələn Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə deyib.

E.Mnanqaqva qeyd edib: “Çox sağ olun Zati-aliləri. Buraya gəldiyimizdən bəri bizim çox səmimi qarşılandığımız üçün Sizə nümayəndə heyəti adından təşəkkürümü bildirmək istəyirəm. Sizin çox gözəl ölkəniz var. Biz ilk dəfədir ki, sizin ölkənizə səfər edirik. Azərbaycanda artıq şahidi olduğumuz inkişaf və infrastruktur səviyyəsi bizə çox güclü təsir bağışlayıb.

Bizim arzumuz iki ölkə arasında qarşılıqlı siyasi münasibətlərin qurulmasından ibarətdir. Lakin xüsusilə biz iki ölkə arasında iqtisadi əməkdaşlığı təşviq etmək, həmçinin əməkdaşlıq aparılacaq digər sahələri və ölkələrimiz arasında ticarətin aparılacağı sahələri tədqiq etmək istəyirik”.

 




  Yayım tarixi :19 Yanvar 2019   15:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .