Ermənistan silahlı
qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs
rejimini 20 dəfə pozub.
Agyol.az xəbər verir ki, Müdafiə
Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan Respublikasının
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun Zamanlı kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər
rayonunun işğal altındakı Göyarx, Ağdam rayonunun Şıxlar, Sarıcalı, Mərzili,
Füzuli rayonunun Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili
kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları
ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərinə
atəş açılıb.