Bu
gün havanın mülayim, yağmursuz olacağı proqnozlaşdırılıb. Agyol.az xəbər verir ki, Ekologiya və
Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şənbə günü Bakıda və Abşeron yarımadasında havanın
dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu
Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz
5-7 dərəcə isti olacaq.
Azərbaycanın
rayonlarında da bu gün hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi
yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu
gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-8 dərəcə isti, dağlarda
gecə 3-8, yüksək dağlıq ərazilərdə 12-17 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan
3 dərəcəyədək isti təşkil edəcək.