XƏBƏR
10:28

  Futbolda əl ilə oyuna görə cəza dəyişdirilə bilər

Gündəm

Xəbər lenti
Beynəlxalq Futbol Assosiasiyaları Şurası ("IFAB") təsadüfi əl ilə oyuna görə cəzaya yenidən baxa bilər.

Agyol.az-ın verdiyi məlumata görə, təsadüfi əl ilə oyuna görə cəzanın dəyişilməsi ilə bağlı qərar "IFAB"ın mart ayında Aberdində keçiriləcək iclasında qəbul edilə bilər.
Məlumata əsasən, təsadüfi əl ilə oyuna görə cəza yalnız cərimə meydançasından kənarda olduğu halda tətbiq ediləcək. Beləliklə, penalti yalnız bilərəkdən əl ilə oyuna görə təyin olunacaq.
Qaydalara mümkün yenilik hücumda təsadüfi əl ilə oyunu istisna etməlidir.





  Yayım tarixi :19 Yanvar 2019   10:28

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .