XƏBƏR
10:26

  Liviya sahillərində miqrantları daşıyan gəmi batıb: 14 nəfər itkin düşüb

Gündəm

Xəbər lenti

Liviya sahillərindən 50 kilometr aralıda göyərtəsində azı 20 miqrant olan gəmi batıb.

Agyol.az-ın məlumatına görə, batan miqrantların xilas edilməsi üçün Liviyanın sahil mühafizəsi xidməti ilə əlaqədə işləyən İtaliya HDQ-nin helikopteri cəlb edilib.

Məlumata əsasən, batan gəmi İtaliyanın hərbi təyyarəsindən görülüb. Gəminin qəzaya uğraması nəticəsində 3 nəfər həlak olub, 3 nəfər isə xilas edilib.

Bildirilir ki, 14 miqrantın axtarışları davam etdirilir.

 




  Yayım tarixi :19 Yanvar 2019   10:26

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .