Dünyanın ən
populyar şəbəkəsi olan Feysbuk son 6 ay ərzində 1,27 milyard istifadəçisini
saxta hesab açdığı üçün bazadan silib.Bu haqda məlumatı şirkətin əməliyyat
direktoru Şeril Sandberq mətbuat konfransı zamanı deyib.
O bildirib ki, hesablarının moderasiyası son
texnologiyalar əsasında aparıldığı üçün bütün saxta hesablar aşkarlanır:
"Komandamız hesabların moderasiyasını fərdi axtarış, süni intellekt,
kompüter təlimi və görmə vasitəsilə işləyən xüsusi
alqoritmlərdən istifadə edərək gerçəkləşdirir. Bu məqsədlə sosial şəbəkədə
qaydalara nəzarət edən heyətin sayı 2 dəfə artırılaraq 20 min nəfərə
çatdırılıb. Onlar 24 saat ərzində dünyanın 50 müxtəlif dilində aparılan
yazışmalara, mesajlara nəzarət edirlər".
Feysbuk saxta
xəbərlərin yayılması və ictimai rəyin təhrifi üçün istifadə edilən saxta hesablarla
mübarizədə öz səylərini artırıb. Bundan başqa, xidmət spamla aktiv mübarizə
aparır. Məsələn, 2018-ci ilin yanvar-mart aylarında sosial şəbəkədən təxminən
836 milyon reklam nəşri silinib.