Yanvarın
17-də Milli Məclisin mədəniyyət komitəsinin yaz sessiyasında ilk iclası
keçirilib.
Agyol.az xəbər verir ki, komitənin sədri Rafael Hüseynov əvvəlcə
2018-ci ilin payız sessiyasında görülmüş işlər barədə hesabatı diqqətə
çatdırıb. O bildirib ki, payız sessiyasında komitənin 7 iclası keçirilib, 22
məsələ müzakirə edilib. Sessiya ərzində komitəyə daxil olan müraciətlər müvafiq
ünvanlara göndərilib, vətəndaşlar qəbul edilib.
Sonra
2018-ci ilin yaz sessiyasında görüləcək işlər barədə danışılıb.
Deputatlar
Milli Məclisin 2018-ci ilin payız sessiyasında mədəniyyət komitəsində görülmüş
işlər barədə hesabatı qənaətbəxş hesab ediblər.
Daha
sonra gündəlikdəki digər məsələlərə baxılıb.
Əvvəlcə
“Milli Arxiv Fondu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi
müzakirə olunub. Qeyd edilib ki, qanun layihəsi “Dövlət sirri haqqında” Qanunda
2018-ci il iyunun 12-də təsdiq edilmiş dəyişikliklərə uyğunlaşdırma məqsədilə
hazırlanıb.
İclasda,
həmçinin “Türk Mədəniyyəti və İrsi Fondunun maliyyə qaydaları haqqında”,
“Azərbaycan Respublikası Hökuməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında
yerləşmə ölkəsi haqqında” sazişlərin təsdiq edilməsi barədə qanun layihələrinə
baxılıb.
Daha
sonra Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının
Əsasnaməsinin təsvirinin təsdiq edilməsi haqqında”, Azərbaycan Respublikası
Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri Nizamnaməsinin təsdiq edilməsi
haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə
haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının
özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında”
qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri
müzakirə edilib. Bildirilib ki, qanun layihələri texniki xarakterlidir və
uyğunlaşdırma məqsədi daşıyır. Belə ki, 2018-ci il iyunun 12-də “Sərhəd
qoşunları haqqında” Qanunda çoxsaylı dəyişiklik edilib. Eyni zamanda, həmin
dəyişikliklər əsasında “sərhəd qoşunları” ifadəsi “sərhəd mühafizə orqanları”
ifadəsi ilə əvəz edilib, bundan irəli gələrək “Sərhəd qoşunları haqqında” Qanun
“Sərhəd mühafizə orqanları haqqında” Qanun adlandırılıb.
Müzakirələrdən
sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edilib.