XƏBƏR
12:40

  “Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” sisteminin ödənişsiz dəstəyini dayandıracaq

Gündəm

Xəbər lenti

“Microsoft” şirkəti 2020-ci ildə “Windows 7” əməliyyat sisteminin ödənişsiz dəstəyini dayandıracaq. “Windows 7”nin dəstəklənmə müddətinin başa çatmasına 1 il qalmasına baxmayaraq, şirkətlərin təxminən 50 faizində kompüterlər həmin sistem əsasında işləyir.

Agyol.az-ın məlumatına görə, proqram təminatı üzrə ixtisaslaşmış “Kollective” şirkəti tərəfindən keçirilmiş sorğu nəticəsində təşkilat və müəssisələrin 43 faizində kompüterlər “Windows 7” sisteminin idarəetməsi altında işləyir. Bundan başqa, respondentlərin 16 faizi köhnə “Windows XPvə “Vistaplatformalarından istifadə edildiyini bildirib. Sorğuda Avropa və ABŞ-da fəaliyyət göstərən 260-dan çox informasiya texnologiyaları üzrə şirkət rəhbərləri iştirak ediblər.

 




  Yayım tarixi :17 Yanvar 2019   12:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .