XƏBƏR
12:11

  Gürcüstanda matəm elan olunub

Gündəm

Xəbər lenti

Yanvarın 17-də Gürcüstanda matəm günü elan olunub.

Agyol.az xəbər verir ki, Baş nazir Mamuka Baxtadzenin imzaladığı sərəncama əsasən bu gün Gürcüstanda və xarici ölkələrdəki səfirliklərdə dövlət bayrağı endiriləcək.

Qeyd edək ki, dünən Tbilisidə yaşayış binasında partlayış olub. Hadisə nəticəsində dörd nəfər ölüb, altısı uşaq olmaqla səkkiz nəfər xəsarət alıb.

Partlayışa qaz sızmasının səbəb olduğu ehtimal edilir.

 




  Yayım tarixi :17 Yanvar 2019   12:11

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .