XƏBƏR
11:56

  Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Azərbaycanda muğam sənətinin qorunması və inkişaf etdirilməsi ilə bağlı qanun layihəsi hazırdır.

Agyol.az-ın məlumatına görə, bunu Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Rafael Hüseynov komitənin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, qanun layihəsi artıq bütün müzakirələrdən keçib: “Bu layihənin plenar sessiyaya çıxarılmasının vaxtıdır. Son illərdə Azərbaycanda muğam sənətinə çox böyük diqqət göstərilir”.

R.Hüseynov qeyd edib ki, aşıq sənəti ilə bağlı ayrıca qanun layihəsinin olmasına ehtiyac var.

O, “Aşıq sənətinin qorunması və inkişaf etdirilməsi” ilə bağlı qanun layihəsinin hazırlandığını da söyləyib.

 




  Yayım tarixi :17 Yanvar 2019   11:56

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .