XƏBƏR
11:40

  Ləğv edilmiş dövlət qurumları üzrə vakant vəzifələrə imtahanlar olmayacaq

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

“Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2019-cu il tarixli Fərmanına əsasən, Nazirliyin strukturuna daxil olan bir çox qurumlar ləğv edilib.

 

 Agyol.az xəbr verir ki, Dövlət İmtahan Mərkəzindən  verilən məlumata görə, bununla əlaqədar olaraq, dövlət qulluğu vəzifələrinin tutulması üçün 04 yanvar 2019-cu il tarixində təqdim edilmiş müsabiqə üzrə müsahibə elanı çərçivəsində Dövlət Ekspertiza İdarəsi, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamenti, Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti, Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamenti, Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyi, Meşələrin İnkişafı Departamenti, Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti və Ətraf Mühitin Mühafizəsi Departamenti üzrə vakant vəzifələrə qeydiyyat dayandırılıb və həmin vəzifələr üzrə müraciət etmiş namizədlərin qeydiyyatı ləğv edilib.

 

Ləğv edilmiş dövlət qurumları üzrə qeydiyyatdan keçmiş şəxslər müvafiq elan çərçivəsində digər vakant vəzifələrə aid müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.




  Yayım tarixi :17 Yanvar 2019   11:40

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .