Britaniyanın Sasseks
universitetinin tədqiqatçıları "Quru yanvar" müsabiqəsinin nəticəsini
elan ediblər.
Agyol.az xəbər verirki, aksiyada iştirakçılar 1 ay ərzində spirtli içki qəbul
etməyiblər. Bu barədə "EurekAlert" portalı məlumat yayıb.
Məlumata əsasən,
aksiyada 800 nəfər iştirak edib. "Quru yanvar"dan sonra bir il ərzində
alimlər iştirakçıların vəziyyəti ilə maraqlanıb qida vərdişlərində yaranan dəyişikliyi
tədqiq ediblər.
Nəticələrə əsasən,
spirtli içkidən 1 ay müddətinə imtina etmək orqanizmin tonusunu qaldırır, dərinin
vəziyyətini yaxşılaşdırır və spirtli içki qəbulunu növbəti aylarda azaldır.
Bundan başqa spirtli
içkidən imtina iştirakçıların 88 faizinə pula qənaət etməyə imkan verib. Bundan
başqa, britaniyalılar qeyd ediblər ki, spirtli içkiyə qarşı münasibət dəyişir,
yuxu yaxşılaşır, özünənəzarət artır, çəki azalır və diqqət güclənir.