XƏBƏR
21:50

  XİN: Azərbaycan və Ermənistan nazirləri arasında danışıqların gələn ay davam etdirilməsi razılaşdırılıb

Gündəm

Xəbər lenti
20 Aprel 10:10Qubaya qar yağıb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e Zöhrab Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb.

Agyol.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən E.Məmmədyarov və Z.Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə bu gün Parisdə keçirilmiş görüşü şərh edərkən bildiriblər.

Qeyd olunub ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

 




  Yayım tarixi :16 Yanvar 2019   21:50

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .