XƏBƏR
17:24

  Bakı Metropoliteni gücləndirilmiş iş rejiminə keçdi, açıq havada iş qadağan edildi

Gündəm

Xəbər lenti
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti ölkə ərazisində gözlənilən ifrat təhlükəli hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib.

Agyol.az xəbər verir ki, bu barədə  qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
B.Məmmədov bildirib ki, ölkə ərazisində gözlənilən kəskin hava şəraiti, güclü küləklə əlaqədar "Bakı Metropoliteni" QSC-də açıq hava şəraitində olan bütün təsərrüfat sahələrində müvafiq tədbirlər görülüb:
"Xəbərdarlıqla əlaqədar yerüstü təsərrüfat sahələrinə baxış keçirilib, küləyin təsirinə məruz qala biləcək qurğu və avadanlıqlar yoxlanılıb.
Yanvarın 17 və 18-də açıq havada hündürlükdə, kranda işlərin icrası qadağan edilib. Bundan əlavə, yerüstü sahədə yerləşən "Nərimanov" elektrik deposunda müvafiq tədbirlər görülüb, gücləndirilmiş iş rejimi tətbiq olunub".




  Yayım tarixi :16 Yanvar 2019   17:24

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .