XƏBƏR
17:05

  Bakı Nəqliyyat Agentliyi hava şəraiti ilə bağlı sürücü və sərnişinlərə xəbərdarlıq edib

Gündəm

Xəbər lenti

Agyol.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq yanvarın 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib. Havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv və güclü olacağı, yolların buz bağlama ehtimalı var. Bakı Nəqliyyat Agentliyi bunu nəzərə alaraq, sürücülərə hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə riayət etmələrini tövsiyə edir.

Agentlikdən bildirilib ki, sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını xahiş olunur. Həmçinin Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində və digər yerlərdə yolun hərəkət hissələrinə çıxmamağı, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşməyi, yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri də tövsiyə olunur.

 




  Yayım tarixi :16 Yanvar 2019   17:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .