Agyol.az xəbər verir ki, Prezident
İlham Əliyev Konsulluq xidmətlərinin göstərilməsində şəffaflığın artırılması
məqsədilə “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və
Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli
706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Fərmana əsasən
aşağıdakı məzmunda 5.19-cu bənd əlavə edilir:
“5.19. konsulluq
xidmətləri ilə bağlı:
5.19.1. xidməti və
diplomatik pasportların verilməsi və dəyişdirilməsi;
5.19.2. sənədə apostil
verilməsi və sənədin leqallaşdırılması;
5.19.3. viza
rəsmiləşdirilməsi üçün xarici ölkələrin səfirliklərinə və konsulluqlarına
notanın verilməsi.”;
Azərbaycan Respublikasının
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyi xarici ölkələrdə müvəqqəti və ya daimi yaşayan Azərbaycan
Respublikası vətəndaşlarına, habelə xarici ölkələrdə olan Azərbaycan
Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə konsulluq
xidmətlərinin “Elektron hökumət” portalı vasitəsilə elektron qaydada
göstərilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.
Fərman 2019-cu il martın 1-dən qüvvəyə minir.