Ermənistan
silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində
atəşkəs rejimini 30 dəfə pozub.
Agyol.az xəbər verir ki, Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun
Voskevan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara kəndində,
Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən
Gədəbəy rayonunun Göyəli kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz
atəşə tutulub.
İşğal altında olan
Ağdam rayonunun Tağıbəyli, Yusifcanlı, Mərzili, Füzuli rayonunun Aşağı
Veysəlli, Qərvənd, Horadiz, Cəbrayıl rayonunun Nüzgar və Mehdili kəndləri
yaxınlığında, həmçinin Tərtər rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.