XƏBƏR
15:48

  DİN: Səngəçalda ağır qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Gündəm

Xəbər lenti
19 Fevral 10:14Manatın MƏZƏNNƏSİ

Daxili İşlər Nazirliyi Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

Agyol.az xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən verilən məlumata görə, yanvarın 13-də saat 13 radələrində qəsəbə ərazisində Salyan rayon sakini İsrayıl Qəniyevin idarə etdiyi “Daewoo” və Bakı şəhər sakini Ceyhun Mirzəyevin idarə etdiyi dövlət qeydiyyat nişanları olmayan “İveco” markalı avtomobillər toqquşub, sonradan idarəetməni itirmiş İ.Qəniyevin avtomobili Qəbələ rayon sakini Sadiq Hacıyevin idarə etdiyi “KamAZ” markalı avtomobilə çırpılıb. Nəticədə İ.Qəniyev və sərnişinlərindən Çimnaz Gülmalıyeva hadisə yerində ölüb, digər 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

 




  Yayım tarixi :14 Yanvar 2019   15:48

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .