XƏBƏR
14:27

  Metroda qatarda problem yarandı, sərnişinlər stansiyada boşaldıldı

Gündəm

Xəbər lenti
Bakı metrosunda qatarda problem yaranıb.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında "Bakı Metropolteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
O bildirib ki, hadisə bu gün saat 13:50 radələrində "Bakı Metropolteni"nin “Sahil” stansiyasında baş verib.
Belə ki, "Həzi Aslanov"-"İçərişəhər" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranlb. Nəticədə sərnişinlər stansiyada boşaldılıb və qatar Depoya göndərilib. Həmin qatarın yerinə yeni qatar verilib və problem aradan qaldırılıb".
B.Məmmədov bildirib ki, qatarların intervalında problem yaranmayıb.





  Yayım tarixi :14 Yanvar 2019   14:27

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .