XƏBƏR
11:08

  Azərbaycan XİN Məmmədyarov və Mnatsakanyan arasında görüşün yeri və tarixini açıqladı

Gündəm

Xəbər lenti

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin v.i.e. Zöhrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupunun həmsədrlərinin (İqor Popov – Rusiya Federasiyası, Stefan Viskonti – Fransa və Endrü Sxofer – ABŞ) vasitəçiliyi ilə bu il yanvarın 16-da Parisdə görüş keçiriləcək.

Agyol.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik də iştirak edəcək.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.

 




  Yayım tarixi :14 Yanvar 2019   11:08

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .