XƏBƏR
11:02

  Türkiyədə güclü PARTLAYIŞ oldu

Gündəm

Xəbər lenti

Türkiyənin Sakarya vilayətində qaz borusu keçən ərazinin yaxınlığında güclü partlayış baş verib.

Agyol.az-ın məlumatına görə, partlayışın yaşayış məntəqəsinə yaxın dağlıq ərazidə baş verdiyi bildirilir. İnsident nəticəsində xəsarət alan və ya ölənlərin olması barədə məlumat yoxdur.

Partlayışdan sonra yanğın başlayıb. Yanğınsöndürənlər yanğının qarşısının alınması istiqamətində iş aparırlar.

Hadisənin başvermə səbəbləri hələlik məlum deyil.

 

 




  Yayım tarixi :14 Yanvar 2019   11:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .