XƏBƏR
15:39

  Türkiyə qırıcıları 3 terrorçunu məhv edib

Gündəm

Xəbər lenti

Türkiyə Silahlı Qüvvələrinin (TSQ) qırıcıları İraqın şimalında yerləşən Zap və Sinat-Haftan bölgələrində terrorçu düşərgələrinə dəqiq zərbələr endirib.


Agyol.az xəbər verir ki, nəticədə terror hazırlığında olan 3 terrorçu məhv edilib.

Digər bir rəsmi məlumatda isə bildirilir ki, Adana şəhərində keçirilən antiterror əməliyyatında 16 nəfər şübhəli qismində həbs olunub. Bundan başqa, TSQ Türkiyənin Hatay bölgəsinin Suriya ilə sərhədinə ağır hərbi texnika toplamaqdadır. Suriya ərazisində keçirilməsi ehtimal olunan növbəti antiterror əməliyyatına hazırlıq işləri KİV tərəfindən diqqətlə izlənilməkdədir.

 




  Yayım tarixi :13 Yanvar 2019   15:39

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .