XƏBƏR
13:07

  Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarında yeni mövsümə start veriləcək

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Bu gün futzal üzrə Azərbaycan kuboku yarışlarında 2018/2019-cu il mövsümünə start veriləcək. Bu dəfə mübarizə 1/32 final mərhələsindən başlayacaq.


Agyol.az xəbər verir ki, Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, reqlamentə əsasən, Birinci və İkinci liqa komandaları bir-birinə rəqib olacaq. Oyunlar 3 gün ərzində - yanvarın 11-də, 12-də və 13-də “Olimpik Star”da keçiriləcək. Bu mərhələnin qalibləri daha sonra 1/16 finalda rəqib olacaqlar. Yüksək Liqa iştirakçıları 1/8 finaldan başlayaraq kubok oyunlarında iştirak edəcəklər.

İlk oyun günündə “Green Log”-“Baker Tilly”, U-19–“Advokat”, “Şərq”–“Borçalı” və ADBTİA-“Baker Hughes” qarşılaşmaları keçiriləcək.

Əvvəlki 24 kubok mövsümündə 10 komanda yarışın qalibi olub. Müxtəlif adlarla çıxış edən “Neftçi” hamıdan çox – 6 dəfə kuboku başı üzərinə qaldırıb. “Araz” 5 dəfə bu mükafata sahib olub. Digər kubok sahiblərindən EKOL 3, “Avtomobilçi”, “Azərneftyanacaq” və “Gömrükçü” hərəyə 2 dəfə kubokun qalibi adına yiyələnib. Dörd komanda isə bir dəfə belə uğura nail olub. “Nabspor”, “Turan AİR”, “Fənər” və “Marafon Futsal” mövsümündə kuboku qazanıb. Maraqlıdır ki, kubokun son qalibi, eləcə də finalçı komanda cari mövsümdə iştirak etmir.

 

 

 




  Yayım tarixi :11 Yanvar 2019   13:07

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .