XƏBƏR
11:31

  Ötən il Azərbaycana gələn əcnəbilərin sayı 6 faiz artıb

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

2018-ci il ərzində Azərbaycana 2 845 697 əcnəbi və vətəndaşlığı olmayan şəxs daxil olub.

Agyol.az-ın məlumatına görə, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.

Onun sözlərinə görə, bu da ölkəyə gələn əcnəbilərin sayında 6 faiz artım olduğunu göstərir.

V.Hüseynov bildirib ki, hesabat dövründə 740 841 əcnəbi və vətəndaşlığı olmayan şəxs olduğu yer üzrə qeydiyyata alınıb:

“İl ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən ölkədə müvəqqəti olma müddətlərinin uzadılması, müvəqqəti və daimi yaşayış üçün icazələrin alınması, vətəndaşlığa qəbul, bərpa, vətəndaşlıqdan çıxma, eləcə də vətəndaşlıq mənsubiyyətinin və qaçqın statusunun müəyyənləşdirilməsi, həmçinin əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazələrinin alınması və mövcud iş icazələrinin müddətlərinin uzadılması ilə bağlı 82 953 müraciət daxil olub”.

 




  Yayım tarixi :11 Yanvar 2019   11:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .