XƏBƏR
11:06

  İki hücumçu birlikdə Real-ı üstələyir

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Agyol.az xəbər verir ki, Spaniya çempionatının 18-ci turunda Barcelona səfərdə Getafe-ni məğlub edib-2:1.


Qonaq komandanın heyətində Lionel Messi və Luis Suares fərqlənib. Argentinalı bu mövsüm İspaniya çempionatında qollarının sayını 16-ya, uruqvaylı isə 12-yə çatdırıb. İki hücumçu birlikdə 28 qol vurub. Bu, Barcelona-nın əsas rəqibi Real-ın ölkə çempionatında vurduğu qoldan (26 qol) çoxdur. Beləliklə, Messi-Suares cütlüyü “kral klubu”ndan üstün olub.


Qeyd edək ki, İspaniya çempionatında bombardirlər siyahısına Messi başçılıq edir. Suares ikincidir. Jirona-nın hücumçusu Kristian Stuani 11 qolla üçüncüdür.

 




  Yayım tarixi :11 Yanvar 2019   11:06

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .