XƏBƏR
10:57

  Cüdo üzrə Azərbaycan birinciliyinin qalibləri müəyyənləşib (FOTO)

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

“Sərhədçi” Olimpiya İdman Kompleksində yeniyetmə cüdoçular arasında Azərbaycan birinciliyinin yarışları davam edir.


Azərbaycan Cüdo Federasiyasından Agyol.az-a verilən məlumata görə, 80 klubdan 612 cüdoçunun mübarizə apardığı yarışda ikinci günün qalibləri məlum olub. Nigar Səhrabova (40 kq), Zeynəb Məmmədova (52 kq), Nərmin Əmirli (70 kq), İsmayıl Qənbərli (50 kq), Mətin Rzazadə (66 kq) və Ruslan Nəsirli (90 kq) respublika çempionu adına layiq görülüblər.


Ölkə birinciliyinin mükafatçılarına medallar, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının fəxri fərmanları və diplomları təqdim olunub.

 




  Yayım tarixi :11 Yanvar 2019   10:57

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .