XƏBƏR
10:52

  "Forbes" ilin ən çox qazanan idmançıların adlarını açıqladı

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

"Forbes" 2018-ci ilin ən çox qazanan idmançıların siyahısını dərc edib.


Agyol.az xəbər verir ki, 2017-ci ilin iyunundan 2018-ci ilin iyunu arasındakı maaş, sponsor gəlirləri və əlavə bonuslar hesablanaraq aparılan araşdırmaya əsasən, ilk onluqda 3 futbolçu yer alıb.


ABŞ boksçusu Floyd Meyvezerin 285 milyon dollarla birinci olduğu siyahıda Argentina millsiinin və Barcelona-nın hücumçusu Lionel Messi (111 milyon) ikinci pillədə yer alıb. Portuqaliya yığmasının və Juventus-un oyunçusu Kriştiano Ronaldo 108 milyon dollarla üçüncü olub. Neymar (Braziliya, PSG) isə 90 milyon dollarla siyahının 5-ci pilləsində qərarlaşıb.


2018-ci  ilin ən çox qazanan idmançılarının siyahısı:


1. Floyd Meyvezer  (ABŞ, boks) - 285 milyon dollar

2.  Lionel Messi (Argentina, futbol) - 111  milyon dollar

3. Kriştiano Ronaldo (Protuqaliya, futbol) - 108 milyon dollar

4. Konor Makqreqor (İrlandiya, qarışıq üslubda (MMA) döyüşçü) - 99 milyon dollar

5. Neymar (Braziliya, futbol)- 90 milyon dollar

6. Lebron Ceyms (ABŞ, basketbol)- 85.5 milyon dollar

7. Roje Federer (İsveçrə, tennis) -77.2 milyon dollar

8. Stefan Karri (ABŞ, basketbol) - 76.9 milyon dollar

9. Matt Ryan (ABŞ, Amerika futbolu) -67.3 milyon dollar

10. Mettyu Stafford (ABŞ, Amerika futbolu) - 59.5 milyon

 




  Yayım tarixi :11 Yanvar 2019   10:52

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .