XƏBƏR
16:02

  Azərbaycanda gözlənilən pensiya ödənişi müddəti dünya ölkələri arasında yüksək göstəricilər sırasındadır

Gündəm

Xəbər lenti
14 Yanvar 15:13Sabah hava necə olacaq?

Ölkəmizdə gözlənilən orta ömür uzunluğu kişilər üçün 73,1, qadınlar üçün 77,8 yaş təşkil edir. Pensiya ödənişi müddəti həmin göstəricilərə və mövcud pensiya yaşına əsaslanmaqla müəyyən olunur.


Agyol.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu baxımdan həmin göstəriciləri və ölkəmizdə pensiya qanunvericiliyinə əsasən, hazırda pensiya hüququ qazanmaq üçün yaş həddinin kişilər üçün 64, qadınlar üçün 61 yaş olduğunu nəzərə aldıqda, gözlənilən pensiya ödənişinin orta müddəti kişilər üçün 9,1 il, qadınlar üçün isə 16,8 il olmaqla, ümumilikdə orta hesabla 13 il təşkil edir. Həmin göstəriciyə görə isə Azərbaycan dünya ölkələri arasında yüksək göstəricilərə malik ölkələr sırasındadır.

Digər tərəfdən, pensiya qanunvericiliyində pensiya yaşına çatmamış dünyasını dəyişənlərlə əlaqədar də ədalətli və obyektiv yanaşmalar əksini tapır. Hazırda əmək pensiyasının üç növü var və onlardan biri də ailə başçısını itirməyə görə təyin edilən pensiyadır. Pensiya yaşına çatmamış dünyasını dəyişənlərin sığorta stajı, ödəmiş olduqları sığorta vəsaitləri hesabına fərdi hesablarında toplanan pensiya kapitalı əsasında qanunvericilikdə nəzərdə tutulan qaydada ailələrinə pensiya təyinatı həyata keçirilir.

Hazırda əmək pensiyaçılarının 150,6 min nəfəri və ya 11,6 faizi ailə başçısını itirməyə görə pensiya alanlardır.

 




  Yayım tarixi :10 Yanvar 2019   16:02

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .