XƏBƏR
14:19

  Yəməndə hərbi bazaya hücum - 5 hərbçi həlak oldu

Gündəm

Xəbər lenti

Yəmənin cənubundakı Lahc əyalətində baş vermiş hücum nəticəsində 5 hərbçi həlak olub.

 

Agyol.az-ın məlumatına görə, hücum husi üsyançılarına məxsus pilotsuz uçuş aparatı vasitəsilə həyata keçirilib.

 

Qeyd olunur ki, hücum zamanı əl-Anad hərbi bazasında hərbi parad keçirilirmiş.

 

Hücum nəticəsində bir neçə hərbçi və məmur, o cümlədən Yəmən Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, hərbi kəşfiyyat rəhbəri, hərbi polis rəisi və əyalət qubernatoru yaralanıb.




  Yayım tarixi :10 Yanvar 2019   14:19

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .