XƏBƏR
13:03

  Şimal bölgəsində buz bağlayan avtomobil yolları nəzarətə götürüldü

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Şimal bölgəsinə qarın yağması ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi həmin ərazilərdən keçən avtomobil yollarını nəzarətə götürüb.

Agyol.az xəbər verir ki, bu barədə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Onun sözlərinə görə, Quba-Xınalıq avtomobil yolunda buz bağlayan ərazilər qar və buzdan təmizlənib: "Bakıya qar yağmasa da dağlıq və dağətəyi ərazilərdə artıq bir aya yaxındır ki, qarlı-şaxtalı hava şəraiti hökm sürür. Bu məqsədlə həmin istiqamətlərdə olan avtomobil yolları nəzarətdə saxlanılır. Şaxtalı hava şəraiti ilə əlaqədar yolların bəzi hissələrini buz bağlayır. Bu məqsədlə həmin ərazilər Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılır, buz bağlayan yollara mütəmadi olaraq qum-duz qarışığı və çınqıllar tökülür, yollar qar və buzdan təmizlənir".

Rəsmi qeyd edib ki, hazırda ölkə ərazisində, xüsusən də Şimal istiqamətində olan avtomobil yollarında hərəkət təmin olunub.

 




  Yayım tarixi :10 Yanvar 2019   13:03

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .