XƏBƏR
10:05

  “Bu gün Azərbaycan dünyada siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük nailiyyətlər qazanan ölkə kimi sürətli inkişaf, tərəqqi nümunəsi göstərir

Gündəm

Xəbər lenti

Ölkə Prezidenti İlham Əliyevin milli maraqlara söykənən balanslaşdırılmış praqmatik siyasəti 2018-ci ildə də öz bəhrəsini verdi. Yola saldığımız il Azərbaycanın müasir siyasi tarixinə dinamik inkişaf, sabitlik dayanıqlı iqtisadiyyat, ciddi islahatlar ili kimi daxil oldu və daha parlaq gələcək üçün uğurlar, qələbələr, nailiyyətlərlə dolu yeni səhifələrin açılmasına təkan verdi”.

Agyol.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, dünyada baş verən ziddiyyətli geosiyasi proseslər fonunda Prezident İlham Əliyevin müdrik, dərindən düşünülmüş xarici siyasəti sayəsində Azərbaycanın güclü ölkə kimi beynəlxalq aləmdə nüfuzu getdikcə yüksəlib. Onun sözlərinə görə, uzunmüddətli strategiyaya hesablanan xarici siyasətin prioritetlərinin ardıcıl surətdə həyata keçirilməsi nəticəsində əldə olunan nəticələr gələcəyə ümidlə baxmağa əsas verir: “Ölkə başçisinin 2018-ci ildə 16 ölkəyə səfər etməsi, səfərlər çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr, imzalanan sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsi, Avropa İttifaqı ilə imzalanan Tərəfdaşlıq Prioritetləri, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi, TANAP qaz kəmərinin istifadəyə verilməsi, Cənub Qaz Dəhlizinin rəsmi açılışının baş tutması Azərbaycanın 2018-ci ildə xarici siyasət sahəsində qazandığı uğurun tam təsdiqidir”.

Millət vəkili həmçinin qeyd edib ki, 2018-ci il böyük məqsədlərə doğru inamla irəliləyən Azərbaycanda növbəti prezident seçkilər ili kimi tarixə qovuşdi. Xalq daxili inamına söykənərək ölkəni inkişaf, tərəqqi yoluna çıxaran siyasətin müəllifinə - cənab İlham Əliyevə yenidən etimad göstərməklə Azərbaycanın gələcək tərəqqisinin, davamlı inkişafın məhz mövcud siyasi kursun davamlılığının təminatından asılı olduğunu təsdiq etdi.

“Yubileylər ili kimi yaddaşlara yazılan 2018-ci ildə həm də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin, xalqımız müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin, 15 İyun Milli Qurtuluş Gününün 25-ci ildönümünün, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının və Bakının işğaldan azad edilməsinin 100-cü ildönümlərinin qeyd edilməsi ilə də yadda qaldı. Cari ildə Azərbaycan dünyaya Şərqin ilk demokratik dövlətini yaradan xalq kimi çıxış etdi, dövlət tərəfindən tariximizə, keçmişimizə, dəyərlərimizə göstərilən böyük ehtiramı dünya xalqları ilə bölüşdük. Eyni zamanda, Bakıda iki təntənəli hərbi parad cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin qüdrətini, döyüş imkanlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Aprel döyüşlərindən sonra ordumuzun Naxçıvan istiqamətindəki Günnüt qələbəsi Azərbaycan hərbi qüdrətinin, dövlət siyasətinin tarixi qələbəsi oldu.

Bütövlükdə isə, son 15 ildə olduğu kimi ötən ildə əldə olunmuş siyasi və sosial-iqtisadi nailiyyətlər 2018-ci ili Azərbaycan tarixinə qızıl hərflərlə yazdı və qarşıdan gələn illərdə qazanılacaq uğurlar üçün əhəmiyyətli baza yaratdı”-deyə, deputat qeyd edib.

 




  Yayım tarixi :10 Yanvar 2019   10:05

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .