XƏBƏR
21:54

  Zərdabda yol tikintisinə 3,9 milyon manat ayrılıb

Gündəm

Xəbər lenti

Prezident İlham Əliyev Zərdab rayonunun Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Agyol.az xəbər verir ki, sərəncamda qeyd edilir ki, yeddi min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Zərdab–Qaravəlli avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,9 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

 




  Yayım tarixi :09 Yanvar 2019   21:54

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .