XƏBƏR
14:31

  BU GÜN... 29 yaşında ŞƏHİDLİK zirvəsinə ucalmış Milli Qəhrəmanımız Salatın Əsgərovanın anım günüdür...

Gündəm

Xəbər lenti

ALLAH rəhmət eləsin..

Əslən Füzuli rayonundan olan Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olmuşdur. Sonralar jurnalist kimi fəaliyyət göstərmişdir.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir.

Ailəli idi, bir oğlu var. Adı Ceyhundur
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilmişdir.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.

 




  Yayım tarixi :09 Yanvar 2019   14:31

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .