XƏBƏR
14:15

  Zimbabve prezidenti Azərbaycana gələcək

Gündəm

Xəbər lenti
20 Yanvar 15:32Ağsuda zəlzələ olub
20 Yanvar 15:31Mbappe Messiyə çatdı

Zimbabve prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

Agyol.az xəbər verir ki, bu barədə adıçəkilən ölkənin prezidentinin mətbuat katibi Corc Çaramba məlumat yayıb.

Qeyd olunur ki, E.Mnanqaqva Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də, Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

“Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir”, - C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir.

 




  Yayım tarixi :09 Yanvar 2019   14:15

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .