XƏBƏR
14:13

  Bakıdakı partlayışın səbəbi ilə bağlı Yasamal İH-dən AÇIQLAMA

Gündəm

Xəbər lenti
Yasamalda partlayışın səbəbi ehtiyatsızlıq olub.

Agyol.az xəbər verir ki, bu barədə Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda deyilir ki, yanvar ayının 9-u gecə saatlarında Yasamal rayonu, Tolstoy küçəsi 40 ünvanında birmərtəbəli 2 otaqlı, taxta konstruksiyalardan ibarət evdə yanğınla nəticələnən partlayış baş verib:
"Həmin ünvanda aparılan ilkin araşdırmalardan buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub. Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir".




  Yayım tarixi :09 Yanvar 2019   14:13

 





Xəbərə aid heç bir video mövcud deyil



Ⓒ AĞYOL 2019 - Bütün hüquqlar qorunur .